“Odlar yurdu” komandası Avropa kubokunun finalında mübarizəyə başlayır
Bu gün klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kubokunun final mərhələsi çərçivəsində 4 turun oyunları keçiriləcək.

Finalda Azərbaycanın “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) komandası da mübarizə aparacaq. Həlledici mərhələdə, ümumilikdə 10 komanda iştirak edəcək. Çempionluq uğrunda “Odlar Yurdu” ilə yanaşı, “Ladya Kazan”, “Mednıy Vsadnik” (hər ikisi Rusiya), “Hamburger Schacklub”, “Deizisau” (hər ikisi Almaniya), “Clichy Echecs 92” (Fransa), “Novy Bor” (Çexiya), “Guildford” (İngiltərə), “Poland Hussars” (Polşa) və qadın şahmatçıların yarışında Avropa Kubokunun qalibi “Monte-Karlo” yarışacaq.

Final mərhələsi iki gün davam edəcək.

Xəbər 383 dəfə oxundu.