Luka Modriç Malta ilə matçı buraxacaq
Futbol üzrə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2022-ci ildə keçiriləcək dünya çempionatın seçmə mərhələsinin 3-cü turunda Malta ilə matçı buraxacaq.

Yığmanın baş məşqçisi Zlatko Daliç 35 yaşlı yarımmüdafiəçiyə istirahət verməyi qərara alıb. “Real Madrid”in futbolçusu bundan əvvəl Kipr və Sloveniya ilə görüşlərin hər birində 90 dəqiqə oynayıb.

Qeyd edək ki, L.Modriç Xorvatiya millisində oyun sayına görə rekordçudur (135 matç).

Xəbər 388 dəfə oxundu.