Formula 2-nin sınaq testləri apreldə Barselonada təşkil olunacaq
Formula 2-nin sınaq testlərinin keçiriləcəyi tarix açıqlanıb.

Testlər aprelin 23-25-də Barselonada baş tutacaq. Formula 2-nin növbəti mərhələsi mayın 20-dən 22-dək Monakoda keçiriləcək.

Qeyd edək ki, cari mövsüm Formula 2 yarışı 8 mərhələdən ibarət olacaq. Yarışa martın 26-28-də Sahir trasında baş tutan Bəhreyn Qran-Prisi ilə start verilib. Mövsümə dekabrın 3-5-də "Yas Marina" avtodromunda keçiriləcək Əbu-Dabi mərhələsi ilə yekun vurulacaq. Mövsümün üçüncü yarışına Bakı şəhər halqası ev sahibliyi edəcək. Azərbaycan Qran-Prisi iyunun 4-6-na təsadüf edəcək.

Xəbər 391 dəfə oxundu.