Millimiz yoxlama oyununda “Qəbələ”yə məğlub olub
Bakıda təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Premyer Liqa təmsilçisi “Qəbələ” ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-21-in qollarını Musa Qurbanlı və Rüfət Abdullazadə vurublar.

Xəbər 378 dəfə oxundu.