Şahmatçılarımız Avropa kuboku yarışlarının pley-off mərhələsində mübarizəyə başlayırlar
Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa kuboku yarışlarının pley-off mərhələsi start götürüb.

Dairəvi sistem üzrə keçirilən yarışın “B” qrupunda mübarizə aparan Azərbaycanın “Odlar yurdu” və “Təhsil idman” komandaları üz-üzə gələcəklər. “Novy Bor” (Çexiya), “Greco-Notary Chess Team” (Ukrayna), “Chartres Echecs” (Fransa) və “SF Deizisau e.V” (Almaniya) komandaları da “B” qrupunda komandalarımıza rəqib olacaqlar.

İlk 3 yeri tutan yığmalar final mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, 91 komandanın iştirak etdiyi Avropa kuboku yarışlarının ümumi mükafat fondu 14 min avrodur. Qalib komanda 4 min avro qazanacaq.

Xəbər 431 dəfə oxundu.