“Tokio-2020”də iştirak edəcək bütün futbol komandaları müəyyənləşib
“Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları müəyyənləşib.

Son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası Olimpiadaya vəsiqəni təmin edib.

Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar. Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.

Beləliklə, “Tokio-2020”də Yaponiya, Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Koreya Respublikası, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və İspaniya iştirak edəcəklər.

Xəbər 397 dəfə oxundu.