Antalyada “Böyük dəbilqə” turnirində Azərbaycanı 13 cüdoçu təmsil edəcək
Aprelin 1-3-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Bu nüfuzlu yarışda Azərbaycanı 13 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Katsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (hər ikisi 52 kq) gücünü sınayacaqlar.

Xəbər 383 dəfə oxundu.