Bədii gimnastlarımız dünya kuboku yarışlarında daha bir medal qazanıblar
Bədii gimnastlarımız Bolqarıstanın paytaxtı Sofiyada yekunlaşan dünya kuboku yarışlarında daha bir medal qazanıblar.

Hər iki çıxış proqramı üzrə finala vəsiqə qazanmış qrup hərəkətləri komandamız 3 halqa və 2 cüt gürzlə bürünc medala sahib olublar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzan bu dəfə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, daha əvvəl komandamız çoxnövçülük yarışlarında gümüş medal qazanıb.

Xəbər 375 dəfə oxundu.