“Odlar Yurdu” və “Təhsil İdman” şahmat komandaları Avropa kubokunun pley-off mərhələsində mübarizə aparacaq
Martın 29-da şahmat üzrə klublararası onlayn Avropa kubokunun pley-off mərhələsi start götürəcək.

Təsnifat mərhələsində yüksək nəticə göstərən Azərbaycanın “Odlar Yurdu” və “Təhsil İdman” komandaları pley-offa vəsiqə qazanıblar. Bu mərhələdə 18 komanda üç qrupda mübarizə aparır.

“Odlar Yurdu” komandasında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov, “Təhsil İdman” komandasında isə Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli yer alıblar.

Qeyd edək ki, turnirin təsnifat mərhələsində bu iki komanda ilə yanaşı, “Vüqar Həşimov”, “Gənclik” və “Nakhchivan - Noah`s Land” yığmaları da iştirak edib.

Turnirin final oyunları martın 30-31-də keçiriləcək.

Xəbər 361 dəfə oxundu.