Millimizin oyunlarının vaxtı müəyyənləşib | |
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “B” liqasında 3 komandalı qrupda yer alan millimiz bu il sentyabrın 27-də Monteneqro, ayın 30-da isə Albaniya yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək. Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq. |
|
Xəbər 376 dəfə oxundu. |
|
|