Cüdo üzrə komandamız 13-cü pillədədir
Tbilisidə keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi “Böyük dəbilqə” turnirinin ikinci gününün yarışlarına yekun vurulub.

Aktivində 2 bürünc medal olan komandamız yekun nəticəyə görə 13-cü sırada yer alıb. Bürünc medalları yığmamızın hesabına Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (87 kq) yazdırıb. Medalların sayına görə, birinci pillədə 2 qızıl, 1 bürünc medalla Monqolustan komandası qərarlaşıb.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.

Xəbər 872 dəfə oxundu.