Azərbaycan millisi “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirib
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb. U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurublar.

Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.

Xəbər 403 dəfə oxundu.