Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb | |
Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası daha bir bürünc medal qazanıb. Yarışda 87 kiloqram çəkidə mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forte ilə üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan cüdoçumuz üçüncü yeri tutub. Qeyd edək ki, yarışın birinci günündə 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov da bürünc medala sahib olub. Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur. |
|
Xəbər 400 dəfə oxundu. |
|
|