Cüdoçumuz “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu üçüncü yeri tutub.

Kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı idi. Rəqib zədə səbəbindən qarşılaşmadan imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilib.

Martın 28-dək davam edəcək turnirdə Azərbaycan ümumilikdə 11 cüdoçu ilə təmsil olunur.

Xəbər 394 dəfə oxundu.