Şahmat üzrə Avropa kubokunda Azərbaycanı 5 komanda təmsil edəcək
Martın 27-də klublar arasında şahmat üzrə onlayn Avropa kuboku start götürəcək.

Yarışda Azərbaycanı 5 komanda - “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil idman”, “Gənclik” və “Nakhchivan - Noah`s Land” komandaları təmsil edəcək.

“Odlar Yurdu” komandasının heyəti Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimovdan ibarətdir. “Vüqar Həşimov” komandasının heyətində isə Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov mübarizə aparacaqlar. Digər komandamız - “Təhsil idman”ı Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli təmsil edəcəklər. “Gənclik” yığmasında Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev yer alıblar. “Nakhchivan - Noah`s Land” komandasının heyətində isə Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev mübarizə aparacaqlar.

Qitə kubokunda iştirak edəcək komandaların heyəti 4 əsas, 2 ehtiyat oyunçudan ibarətdir. Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, martın 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Xəbər 373 dəfə oxundu.