Danimarka-Moldova oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Danimarka – Moldova qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, matç martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək.

Xəbər 380 dəfə oxundu.