Burak Yılmaz yeni rekorda imza atıb
Futbol üzrə Türkiyə milli komandasının kapitanı Burak Yılmaz üçün 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Niderlandla oyun (4:2) əlamətdar olub.

Sözügedən görüşdə het-trikə imza atan 35 yaşlı hücumçu Niderlanda vurduğu qolların sayını 5-ə çatdırıb. Bununla da, o, 2000-ci ildən indiyədək Niderlanda ən çox qol vuran futbolçu olub. B.Yılmaz Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun rekordunu (4 qol) geridə qoyub.

Qeyd edək ki, B.Yılmaz Niderland yığması ilə 6 oyunda 5 qol vurmağı bacarıb.

Xəbər 445 dəfə oxundu.