Millimiz “Neftçi”yə yoxlama oyununda məğlub olub
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Neftçi” komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.

U-21-in heyətində penaltidən Musa Qurbanlı fərqlənib.

Millimiz növbəti oyununu martın 27-də Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.

Xəbər 385 dəfə oxundu.