DÇ-2022: Türkiyə millisi seçmə mərhələyə inamlı qələbə ilə başladı
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start verilib.

Bu günə nəzərdə tutulan 13 qarşılaşmadan ikisi artıq başa çatıb.

G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. "Ay-ulduzlular"ın heyətində Burak Yılmaz het-trik edib. 36 yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb. Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Niderland millisi penaltidən yararlana bilməyib. Memfis Depayın zərbəsinin qarşısını Uğurcan Çakır alıb.

Azərbaycan millisinin yer aldığı A qrupunda isə Qətər yığması Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Lüksemburqa minimal hesabla qalib gəlib. Yeganə qolu 12-ci dəqiqədə Məhəmməd Muntari vurub.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

A qrupu

21:00. Qətər - Lüksemburq - 1:0

Qol: Məhəmməd Muntari, 12

G qrupu

Türkiyə - Niderland - 4:2

Qollar: Burak Yılmaz, 15; 34 (pen.); 81, Hakan Çalhanoğlu, 46

Xəbər 338 dəfə oxundu.