Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərinin siyahısı açıqlanıb
Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərinin siyahısı açıqlanıb.

Araşdırma zamanı futbolçuların meydanda hərəkətliliyi və müdafiə xəttinə verdiyi dəstək əsas götürülüb. Həmçinin, oyunçuların az zədələnmələri və cari mövsümdəki performansları nəzərə alınıb. Bu baxımdan hazırda dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisi “Bavariya”nın üzvü Joşua Kimmix seçilib.

“Çelsi”nin fransalı oyunçusu Nqolo Kante ikinci, “Real”ın aparıcı simalarından olan braziliyalı Kasemiro isə üçüncü yerdə qərarlaşıb.

Xəbər 386 dəfə oxundu.