Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir
İyunun 4-6-da 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir.

Yarışın təşkilatçısı "Bakı Şəhər Halqası" (BŞH) Əməliyyat Şirkətindən Azsport.az saytına bildiriblər ki, sənəd qəbulu martın 25-də başa çatacaq.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH-nin vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər accreditation@bakugp.az elektron poçt ünvanına yaza bilərlər.

Xəbər 375 dəfə oxundu.