Moldova-Azərbaycan oyununun vaxtı dəyişdirilib
Futbol üzrə Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan matç Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.

Xəbər 654 dəfə oxundu.