AVF-nin nümayəndəsi Çelenc kuboku uğurunda yarışların finalına təyinat alıb
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Həmyerlimiz Türkiyədə Burhan Felek Voleybol Salonunda qadın voleybolçular arasında “Yeşilyurt” (Türkiyə) - “Alba” (Rumıniya) klublarının ikinci final qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Çelenc kuboku uğurunda görüş̧ martın 24-də baş tutacaq.

Qeyd edək ki, görüşün hakimləri italiyalı Vaqni İlaria və həmyerlimiz Konstantin Selindir.

Xəbər 410 dəfə oxundu.