Yaponiyanın Baş naziri Olimpiya məşəli estafetinin start mərasimində iştirak etməyəcək
Yaponiyanın Baş naziri Yoşihide Suqa martın 25-də Fukuşima prefekturasında Olimpiya məşəli estafetinin start mərasimində iştirak etməyəcək.

Baş nazir həmin gün parlamentdə keçiriləcək müzakirələrə görə mərasimə qatılmayacağını bildirib.

Agentliyin bildirdiyinə görə, həmin mərasimdə Y.Suqanı Olimpiadanın təşkilat komitəsinin sədri Seyko Haşimoto və Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə cavabdeh olan nazir Tamayo Marukava əvəz edəcəklər.

Bildirilir ki, Tokio Olimpiadasının məşəl estafeti Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində başlayacaq. Koronavirus pandemiyasına görə mərasim tamaşaçılarsız keçiriləcək. Mərasimdə çıxış edən məktəblilər xoru “Hana wa saku” mahnısını ifa edəcəklər. Həmin mahnı NHK telekanalının köməyi ilə 2011-ci ildə zəlzələ və sunamidən zərər çəkən rayonlara xeyriyyə marafonu çərçivəsində yazılıb.

Qeyd edilir ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi planlaşdırılır.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Xəbər 372 dəfə oxundu.