Portuqaliya-Azərbaycan oyunu almaniyalı hakimlər briqadasına tapşırılıb
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, matç almaniyalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Daniel Siebert olacaq. Ona həmyerliləri Jan Seidel və Rafael Foltyn kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Saşa Stegemann olacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu martın 24-də, İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.

Xəbər 299 dəfə oxundu.