İsrailin “Hapoel” klubunun 12 illik tarixi var
“Neftçi”nin Çempionlar Liqasında (ÇL) növbəti rəqibi olan İsrailin “Hapoel” klubunun 12 illik tarixi var. İdman.com.az saytının məlumatına görə, komanda Kiryat-Şmona şəhərini təmsilçiləri olan “Hapoel”lə “Makkabi”nin 2000-ci ildə birləşməyindən yaranıb. Həmin vaxt aşağı liqalarda çıxış edən hər 2 klubu iş adamı, “İturan” şirkətinin direktoru İzi Şeratski alaraq, indiyə kimi prezidentdir.

Bu müddətə kimi aşağı liqalarda çıxış edən “Hapoel”lə “Makkabi”nin birləşməyi güclənməyə hesablanmışdı. Bu, bir müddət sonra nəticəsini verdi. Belə ki, 2006/07 mövsümündə komandada baş məşqçi dəyişikliyi oldu və bu posta gələn Ran Ben-Şimonun rəhbərliyi altında debütdəcə yüksək liqaya vəsiqə qazanıldı. Bu, 2007-ci ilin mayın 5-də “Bney Lod” klubuna 5:2 hesabı ilə qalib gələrək, I liqanın qalibi olmaqla reallaşdı. Həmin vaxt aşağı liqada çempionluqla yanaşı, kubok da qazanıldı.
Kiryat-Şmona təmsilçisi yüksək liqada debüt mövsümündəcə mükafatçılar sırasına düşərək, avrokuboklara vəsiqə qazana bildi. 2008-ci ilin iyunun 1-də Netanyanın “Makkabi” klubuna 2:1 hesablı qələbə həlledici oldu və bürünc medalçı kimi UEFA kubokuna vəsiqə əldə edildi. 2008-ci ilin iyunun 17-də Hayfadakı “Kiryat-Elizzer” stadionunda komandanın avrokuboklarda ilk oyunu keçirildi. Çernoqoriyanın “Budva” klubu ilə həmin matç 1:1 hesabı ilə nəticələndi. Səfərdə 3:0 hesabı ilə qalib gələn “Hapoel” növbəti mərhələyə çıxdı. Ancaq növbəti mərhələdə Bolqarıstanın “Liteks” klubunu keçmək mümkün olmayıb və evdə 0:0, səfərdə 1:2 hesablı məğlubiyyət mübarizəni dayandırmaqla nəticələndi.
2008/09 mövsümünü yekununa görə Kiryat-Şmona klubu aşağı liqaya düşdü. Orada yenidən kubok qazanan “Hapoel” 1 ildən sonra yüksək liqaya qayıtdı.
Rəqibimiz 2010/11 mövsümündə komanda çempionatı 5-ci yerdə bitirsə də, mövsümü titulla başa vura bildi. Bu, 2011-ci ilin yanvarın 19-da Petak-Tikvanın “Makkabi” klubuna İsrail kubokunun finalında 1:0 hesablı qələbə ilə reallaşdı. Yəni kubok artıq I liqa yox, ölkə kuboku idi.
Ötən mövsüm isə “Hapoel” tarixində ən böyük uğura imza atdı. Belə ki, komanda ilk dəfə ölkə çempionu oldu. Özü də bu, sona 5 tur qalmış qazanılmağı ilə diqqət çəkildi.

Qeyd edək ki, yerli mütəxəssis Qili Landaunun baş məşqçisi olduğu “Hapoel”in 5200 tutumluq “İroni” stadionu beynəlxalq tələblərə cavab vermədiyindən, ÇL-də oyununu Hayfada keçirir.

Xəbər 1252 dəfə oxundu.