Triatlonçularımız Dubayda “İronman 70.3” turnirində çıxış ediblər
Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb.

İdmançımız Kseniya Levkovskaya Dubayda keçirilən nüfuzlu “İronman 70.3” turnirində çıxış edib.

Təmsilçimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçib. Kseniya 4 saat 18 dəqiqə nəticə göstərib və 11-ci olub. Bir müddət əvvəl Levkovskaya Kiyevdə keçirilən “Triatman İron” turnirində qızıl medal qazanmışdı.

Triatlet-həvəskarlarımız da Dubay yarışında iştirak ediblər. Aydın Kərimov 5 saat 17 dəqiqə, Fariz Məmmədov 6 saat 6 dəqiqə nəticə göstəriblər.

Xəbər 434 dəfə oxundu.