“Böyük dəbilqə” turnirində mübarizə aparacaq cüdo komandamızın heyəti müəyyənləşib
Tbilisidə martın 26-da start götürəcək “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib.

Yarışda 11 cüdoçumuz iştirak edəcək. Belə ki, kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

Xəbər 398 dəfə oxundu.