Boksçularımız Boğaziçi turnirində 7 medal qazanıblar | |
Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Boğaziçi turniri təşkil edilib. Milli komandamız 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub. Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətləniblər. Qeyd edək ki, boksçularımız turnirdən əvvəl qardaş ölkədə təlim-məşq toplanışı keçiblər. |
|
Xəbər 457 dəfə oxundu. |
|
|