AFFA-nın prezidenti milli komandamızın üzvləri ilə görüşüb
Martın 20-də AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da futbol üzrə Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən R.Abdullayev ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib.

AFFA-nın prezidenti dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.

Millimizin baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.

Xəbər 287 dəfə oxundu.