“Novruz-2021” onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
“Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Novruz-2021” onlayn şahmat turniri keçirilib.

İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Paşam Əlizadə tutub. Allahverdi Həmidov ikinci, İsmayıl Süleymanlı üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Xanım İsmayllova, Aytac Kərimli, Ayan Allahverdi ilk üçlükdə qərarlaşıblar.

Müxtəlif yaş kateqoriyalarında Səfa Hümbətov (8 yaş), Suat İbrahimli (10 yaş), Ömər Qədimli (12 yaş), Kamal İsfəndiyarlı (14 yaş), Emin Fətullayev (16 yaş) birinci yerləri tutublar.
Turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak ediblər.

Xəbər 386 dəfə oxundu.