“Çernomorets” klubunun ümidləri doğrultmayan futbolçularının siyahısı açıqlanıb
Ukraynanın “Çernomorets” klubunun ümidləri doğrultmayan futbolçularının siyahısı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, “sönmüş ulduzlar” sırasında Azərbaycanda oynamış futbolçu da yer alıb. Bu, “Bakı”nın sabiq futbolçusu Ruslan Leviqadır. Hazırda Donetsk “Olimpik”ində çıxış edən 29 yaşlı hücumçu vaxtilə ona bəslənilən ümidləri doğrultmayıb. Bu üzdən də “sönmüşlər” sırasına daxil edilib.

Xəbər 1059 dəfə oxundu.