Paralimpiyaçılarımız Tunis Qran-Prisində daha 3 medala sahib olublar
Azərbaycan paraatletləri Tunis Qran-Prisində daha 3 medal qazanıblar.

T13 kateqoriyasında uzunluğa tullanma yarışlarında milli komandamızın üzvləri Orxan Aslanov 6,83 metr nəticə ilə birinci, Kamil Əliyev isə 6,56 metr nəticə ilə ikinci pillədə qərarlaşıblar.

T13 kateqoriyasında iştirak edən paraatletimiz Yuliya Yanovskaya 400 metr məsafəyə qaçış yarışlarında 58,29 saniyəlik göstərici ilə qızıl medal qazanıb. İdmançımız reytinqdə ilk altılığa daxil olub və "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Beləliklə, komandamız bu turnirdə 4 qızıl və 1 gümüş medal qazanıblar.

Xəbər 547 dəfə oxundu.