Bədii gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər
İyunun 9-dan 13-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 37-ci Avropa çempionatı keçiriləcək.

İlkin siyahıya əsasən, Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək. Böyüklər arasında 8, gənclər arasında 6 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Çempionatda 40 ölkədən 350-dən artıq gimnast iştirak edəcək.

Xəbər 383 dəfə oxundu.