Luka Modriç UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin son dörd cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Bu ada azarkeşlər arasında keçirilən səsvermə nəticəsində “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

Xorvatiyalı oyunçu komandasının “Atalanta” klubuna 3:1 hesabı ilə qalib gəldiyi matçda məhsuldar ötürmə ilə yadda qalıb. Onun oyun ərzində ötürmələrinin dəqiqliyi 94 faiz olub.

Xəbər 376 dəfə oxundu.