Güləşçimiz Elis Manolova Avropa Olimpiya təsnifat turnirinin yarımfinalına yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

İkinci yarış günündə - martın 19-da qadın güləşçilər mübarizəyə qoşulublar.

Millimizin üzvü Elis Manolova (68 kq) səkkizdəbir finalda erkən qələbəyə sevinib. Avropa çempionumuz cəmi 43 saniyə ərzində İsrail təmsilçisi İlana Kratişi "tuşe" ilə xalçadan məyus yola salıb. Güləşçimiz litvalı rəqibi Danute Domikaytiteyə də aman verməyərək adını yarımfinala yazdırıb. Güləşçimizin növbəti rəqibi Rusiya idmançısı Xanım Vəliyeva olacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 399 dəfə oxundu.