Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyə Super Liqasında mübarizə aparan "Fatih Karagümrük" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Şenol Canın postundan ayrılmasından sonra 37 yaşlı məşqçinin yerinə italyan mütəxəssis gətiriləcək. Bu, Françesko Fariolidir.

Mütəxəssisin bu gün ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Farioli "Alanyaspor"da köməkçi-məşqçi işləyirdi.

Xəbər 426 dəfə oxundu.