“Novruz-2021” onlayn şahmat turniri keçiriləcək
Martın 19-da “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Novruz-2021” onlayn şahmat turnirinə start verilib.

İsveçrə sistemi üzrə təşkil edilən yarış 7 turdan ibarət olacaq. Turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edirlər.

Yarışda ümumi hesabda ilk üç yeri tutan, eləcə də müxtəlif yaş kateqoriyalarında fərqlənən şahmatçılar təltif olunacaqlar.

Xəbər 541 dəfə oxundu.