"İnanıram ki, ikinci görüş də ilk qarşılaşma kimi maraqlı keçəcək"
"İnanıram ki, ikinci görüş də ilk qarşılaşma kimi maraqlı keçəcək. Sabahki oyunda mütləq qol vurmağa çalışacağıq”. İdman.com.az saytının məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcüstanlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin Yunanıstan “Asteras”ı ilə oyun haqda danışıb: “Rəqibin heyətində hər bir futbolçu təhlükə yarada bilər. Təəssüf ki, ilk qarşılaşmada rəqib komanda qapımıza yol tapa bildi. Lakin biz cavab görüşündə qapımızı toxunulmaz saxlamağa çalışacağıq. "Asteras"ın yeganə üstünlüyü doğma azarkeşlər önündə oynaması olacaq".

Xəbər 936 dəfə oxundu.