Paralimpiyaçılarımız Tunis Qran-Prisində ikinci qızıl medala sahib olublar
Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.

F55 kateqoriyasında iştirak edən O.Musayev nüvə itələmə yarışlarında 11.57 metrlik nəticə göstərib.

Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, O.Musayev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Xəbər 387 dəfə oxundu.