Avropanın ən yaxşı 10 klubunun adı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin "TOP-10"unu açıqlayıb.

"İnter", "Milan", "Liverpul", "Borussiya" kimi klubların yer almadığı siyahıda İspaniya təmsilçiləri hegemonluq edir. Belə ki, ilk 5 komandadan 3-ü bu ölkəni təmsil edir. İlk pillədə 2877 xalla "Barselona" qərarlaşıb. İkinci sırada 2782 xalla "Real Madrid", üçüncü pillədə isə 2594,5 xalla "Bavariya" yer alıblar.

Növbəti sıralarda PSJ (2354), "Atletiko" (Madrid) (2302) və "Yuventus" (2272) qərarlaşıb.

Son dördlüyü İngiltərə klubları qapayır. "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xala sahib "Arsenal" 10-cudur.

Xəbər 350 dəfə oxundu.