Qadın güləşçilərimiz lisenziya xarakterli turnirdə mübarizəyə qoşulacaqlar
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Yarışın ikinci günündə - martın 19-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Millimizin heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) səkkizdəbir, Tatyana Omelçenko (76 kq) isə dörddəbir finaldan yarışa başlayacaqlar. Belə ki, L.Qurbanova macarıstanlı Timea Şeker, A.Kolesnik Evelina Nikolova (Bolqarıstan), T.Omelçenko Anastasiya Qriqoryeva (Latviya) - Sara Da Kol (İtaliya) cütünün qalibi ilə, E.Manolova israilli İlana Kratiş, G.Zutova isə Böyük Britaniya təmsilçisi Corcina Neltorp ilə üz-üzə gələcək.

Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Təsnifat turniri martın 21-də başa çatacaq.

Qeyd edək ki, bu gün eyni zamanda kişi sərbəst güləşçilər arasında medal görüşləri baş tutacaq. Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Abubakr Abakarov (86 kq) isə təsəlliverici görüşə çıxacaq.

Xəbər 387 dəfə oxundu.