Hacımurad Hacıyev Olimpiadada iştirak hüququna yiyələnib
Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Milli komandamıza növbəti vəsiqəni sərbəst güləşçi Hacımurad Hacıyev qazandırıb.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/2 finalda Maksim Vasiloqlodan (Rumıniya) üstün olub. Təmsilçimiz rəqibinə 7:0 hesabı ilə qalib gələrək, finala da vəsiqə qazanıb.

Xəbər 401 dəfə oxundu.