Sakis Tsiolis: "Sabahki oyunda daha yaxşı oynamalıyıq"
“İnter” çox güclü komandadır. İlk oyunun nəticəsi bizi qane etsə də, cavab qarşılaşmasında qələbə qazanmağa ümid edirik”. İdman.com.az saytının məlumatına görə, bu sözləri "Asteras"ın baş məşqçisi Sakis Tsiolis deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Birinci oyunda "İnter" yaxşı futbol göstərdi. Onları dayandırmaq çox çətin idi. Futbolçularla söhbətdə bildirdim ki, ilk oyunu unutmaq lazımdır. İlk oyunda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə sevinirik, lakin sabahki oyunda daha yaxşı oynamalıyıq".

Xəbər 1113 dəfə oxundu.