Azərbaycan para-atleti Orxan Qasımov Tunis Qran-Prisində qızıl medal qazanıb
Tunisdə keçirilən para-atletika üzrə Qran-Pridə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə idmançısı Orxan Qasımov qızıl medal qazanıb.

F13 kateqoriyasında çıxış edən O.Qasımov nizə atma yarışlarında 59,50 metr nəticə göstərərək birinci olub.

Tunisdə keçirilən yarış lisenziya xarakterlidir. O.Qasımov reytinqdə ilk altılığa daxil olub və “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Xəbər 519 dəfə oxundu.