Tokio Olimpiadasında əcnəbi azarkeşlərin iştirakının mümkünlüyü məsələsi müzakirə ediləcək
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları yarış zamanı xarici tamaşaçıların arenalara buraxılmasının mümkünlüyünü müzakirə etmək üçün martın 20-də onlayn görüş keçirəcəklər.

İclasda Beynəlxalq Olimpiya və Paralimpiya komitələrinin rəhbərliyi, Yaponiya hökuməti, Tokio rəhbərliyi və Oyunların təşkilat komitəsinin nümayəndələri iştirak edəcəklər. Agentliyin verdiyi məlumata görə, Yaponiya hökuməti yarışlara əcnəbi azarkeşlərin buraxılmamasını planlaşdırır. Rəy sorğularının nəticələri Yaponiya vətəndaşlarının da eyni fikirdə olduqlarını nümayiş etdirib.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il müddətinə təxirə salınıb və cari il iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.

Xəbər 435 dəfə oxundu.