Klublar arasında keçiriləcək Avropa kubokunda daha bir komandamız iştirak edəcək
Martın 27-də klublar arasında start götürəcək şahmat üzrə onlayn Avropa kubokunda Azərbaycanın daha bir komandası iştirakını təsdiqləyib.

“Gənclik” komandası yarışa Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandan Azadəliyevdən ibarət heyətlə qatılacaq. Komandanın kapitanı Fərid Abbasovdur.

Qeyd edək ki, bundan əvvəl üç komandamız yarışda iştirak üçün qeydiyyatdan keçib. Belə ki, “Odlar Yurdu” komandasının heyətində Şəhriyar Məmmədyarov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov yer alıblar. Yarışda iştirak edəcək “Vüqar Həşimov” komandasının heyətində isə Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov mübarizə aparacaqlar. Digər komandamız - “Təhsil”in heyətində isə Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli yer alıblar. “Odlar yurdu” komandasının kapitanı Cahangir Ağarəhimov, "Vüqar Həşimov" komandasının kapitanı Anar Allahverdiyev, “Təhsil”in kapitanı isə Rəsul İbrahimovdur.

Qitə kubokunda iştirak edəcək komandaların heyəti 4 əsas, 2 ehtiyat oyunçudan ibarətdir. Onların reytinqi 2000-dən az olmamalıdır. Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, ayın 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Xəbər 444 dəfə oxundu.