London Yay Olimpiya Oyunlarının ilk günü qalmaqalla yadda qalıb
London Yay Olimpiya Oyunlarının ilk günü qalmaqalla yadda qalıb. İdman.com.az saytının məlumatına görə, yarışın açılış mərasimindən 2 gün öncə meydan çıxan qadın futbolçuların qarşılaşması xoşagəlməz hadisə ilə müşayiət olunub.

Belə ki, Şimali Koreya ilə Kolumbiya yığmalarının oyununda təşkilatçıların yol verdiyi yanlışlıq Asiya təmsilçisinin narazılığı ilə nəticələnib. Məsələ ondadır ki, oyundan əvvəl böyük britaniyalılar Şimali Koreya və cənubi Koreyanın bayraqlarını səhv salıblar. “Hempden Park” stadionunun tablosunda şimallıların futbolçularının adları ilə yanaşı, digər ölkənin bayrağı nümayiş olunub. Buna sərt şəkildə narazılıq edən Şimali Koreya komandası soyunub-geyinmə otağına yollanıblar və yalnız 5 dəqiqə sonra onları dilə tutub meydana qaytarıblar.

Qeyd edək ki, matçda asiyalılar 2:0 hesabı ilə qalib gəliblər.

Xəbər 883 dəfə oxundu.