Kalida Kulibali “Napoli”dən ayrılmaq qərarına gəlib
İtaliyanın “Napoli” futbol klubu müdafiəçi Kalida Kulibali yay transfer pəncərəsində komandadan ayrılacaq.

28 yaşlı seneqallı mükafatlar uğrunda ciddi şəkildə mübarizə apara bilən komandaya keçmək qərarına gəlib. Müdafiəçiyə, hələlik ən böyük marağı 88,5 milyon funt ödəməyə hazır olan “Mançester Yunayted” göstərir.

Qeyd edək ki, 2019-2020-ci il mövsümündə Kulibali “Napoli”nin heyətində 21 matç keçirib və yaxşı nəticə göstərməyib. Bundan əvvəl “Napoli”nin prezidenti Aurelio De Laurentis 28 yaşlı müdafiəçini ən azı 100 milyon avro qarşılığında buraxmağa hazır olduqlarını bildirib.

Xəbər 382 dəfə oxundu.