“Çelsi”nin baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb
İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb.

47 yaşlı almaniyalı mütəxəssis buna UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Atletiko Madrid”ə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra nail olub. Bununla da, T.Tuhel “Çelsi” ilə bütün turnirlərdə ardıcıl 13 matçda uduzmayıb. Bu isə rekord göstəricidir.

Qeyd edək ki, almaniyalı çalışdırıcı 2008-ci ildə 12 görüşdə uduzmayan Luis Felipe Skolarinin rekordunu yeniləyib.

Xəbər 393 dəfə oxundu.